Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Nazirliyin məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful çinli həmkarı Van İ ilə telefon danışığı zamanı bu fikri ifadə edib.
Bəyanatda qeyd olunub ki, “bu mürəkkəb qlobal şəraitdə Almaniya-Çin münasibətləri və əlaqələri əsas əhəmiyyətini qoruyur”.
“Onilliklər ərzində İran qonşularına qarşı düşmən münasibət nümayiş etdirib və raket, eləcə də nüvə proqramları ilə sülh və təhlükəsizliyi təhdid edib. Çin İran üzərindəki təsirindən konstruktiv şəkildə istifadə edərək danışıqlar yolu ilə həllə nail olunmasına və Fars körfəzi ölkələrinə qarşı hərbi əməliyyatların dayandırılmasına töhfə verə bilər. Almaniya və Çin Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin bərpasını istəyir. Biz hesab edirik ki, ayrı-ayrı ölkələr dəniz yollarına nəzarət edə və ya onlardan keçid haqqı tələb edə bilməz”, - deyə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az