Türkiyə müdafiə və aviasiya ixracı yanvar-mart dövründə 1,91 milyard dollara çatıb

2026/04/1775136484.jpg
Oxunub: 701     17:27     02 Aprel 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün “Nsosia”l platformasındakı hesabında etdiyi paylaşımda müdafiə və aviasiya sənayesinin ixrac göstəriciləri barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Mart ayının göstəricilərinə diqqət çəkən Görgün bildirib: “Müdafiə və aviasiya sənayemiz 2026-cı il mart ayında 803 milyon dollar dəyərində ixrac həyata keçirib”.

İlin ilk rübünə dair ümumi ixrac rəqəmlərini də bölüşən Görgün qeyd edib: “2026-cı il yanvarın 1-dən martın sonunadək olan dövrdə ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1 milyard 910 milyon dollar səviyyəsinə çatıb”.

Müdafiə sənayesində artımın strateji baxışa uyğun şəkildə davam etdiyini vurğulayan Görgün bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasət sektorun inkişafına istiqamət verir.

Görgün qeyd edib: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən Milli Texnologiya Hərəkatı və Milli Bacarıq Hərəkatı çərçivəsində müdafiə və aviasiya sənayemiz sabit artımını davam etdirir”.

Beynəlxalq əməkdaşlıqlar və istehsal infrastrukturu ön plana çıxır

Paylaşımında sektorun istehsal imkanlarının və beynəlxalq əməkdaşlıqların artmasının ixrac göstəricilərinə müsbət təsir göstərdiyini bildirən Görgün mövcud artım tempinin qorunacağını qeyd edib.

Görgün bildirib: “Güclü istehsal infrastrukturumuz, artan beynəlxalq əməkdaşlıqlarımız və genişlənən bazar şəbəkəmiz ilə qarşıdakı dövrdə bu artım tempini daha da yüksəltməkdə qərarlıyıq”.

Müdafiə və aviasiya sənayesində əldə olunan uğurlarda əməyi olan tərəfdaşlara da təşəkkür edən Görgün bildirib: “Əməyi keçən bütün şirkətlərimizə, mühəndislərimizə və tərəfdaşlarımıza təşəkkür edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə  


Bizi "telegram"da izləyin