Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yörgensen bildirib.
Münaqişənin başlanmasından etibarən Avropa İttifaqında təbii qazın qiyməti təxminən 70%, neftin qiyməti isə təxminən 60% artıb.
Yörgensen bildirib ki, Avropa İttifaqı üzv ölkələrin hökumətlərinə əhalini və biznesi bahalaşmadan qorumağa kömək edəcək xüsusi tədbirlər paketi hazırlayır.
O qeyd edib ki, xərclər daha da arta bilər. “Enerji bazarında bu böhranın təsirlərinin qısa müddətli olacağı ilə bağlı illüziyalarımız olmamalıdır”, - deyə Yörgensen əlavə edib.
Sevinc Əliyeva
Ordu.az