Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"İranın hücumları başlayandan bəri BƏƏ-nin HHM qüvvələri 457 ballistik raket, 19 qanadlı raket və 2 038 PUA zərərsizləşdirib. Bu hücumlar nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən silahlı qüvvələrin 2 hərbi qulluqçusu ölüb", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, ümumilikdə 191 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ordu.az