Ordu.az xəbər verir ki, bu barədə korpusun mətbuat xidməti məlumat yayıb.
“BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən ABŞ poladəritmə sənayesi, Əbu-Dabidə yerləşən ABŞ polad sənayesi, Bəhreyndə yerləşən ABŞ alüminium sənayesinin əvvəlki hücumdan sonra zərər görməyən hissələri, “Rafael” müdafiə sənayesi və Manama şəhəri yaxınlığında ABŞ ordusunun qüvvələrinin sığınacaqları məhv edilib.
Bu raket və pilotsuz uçuş aparatı əməliyyatı zamanı onlarla amerikalı hərbçi öldürülüb və yaralanıb. Zərbə endirilən ərazi dərhal təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, lakin yaralıların təxliyəsi üçün təcili yardım maşınlarının hərəkəti bir neçə saat davam edib.
Bu zərbələr xəbərdarlıq xarakteri daşıyır və İran sənayesinə hücumlar təkrarlanacağı təqdirdə növbəti cavab daha ağrılı olacaq və işğalçı rejimin əsas infrastrukturuna, eləcə də bölgədəki ABŞ iqtisadi obyektlərinə yönələcək.
Bu əməliyyatı biz işçi sıralarından olan şəhidlərin ailələrinə həsr edirik və xəyallara qapılmış ABŞ prezidentini belə təhdidlərin təkrarlanmasından çəkinməyə çağırırıq ki, müharibə regionun sərhədlərindən kənara çıxmasın və dünya ABŞ üçün daha təhlükəli olmasın”, - deyə məlumatda qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az