SEPAH BƏƏ və Bəhreyndə sənaye müəssisələrinə zərbə endirib

2026/04/Ekran-1775066739.jpg
Oxunub: 363     15:57     02 Aprel 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əbu-Dabidə (BƏƏ) poladtökmə müəssisələrinə və Bəhreyndə alüminium zavodlarına zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq", - bəyanatda vurğulanıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   BƏƏ   Bəhreyn  


Bizi "telegram"da izləyin