İraq Hörmüz boğazından yan keçməklə Suriya vasitəsilə neft məhsullarının ixracına başlayıb

2026/03/17737-1774934867.jpg
Oxunub: 370     15:52     02 Aprel 2026    
İraq Hörmüz boğazından yan keçməklə Suriya vasitəsilə neft məhsullarının tədarükünə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The National" nəşri İraqın Neft Nazirliyinə istinadən məlumat yayıb.

Neft məhsulları daşıyan avtomobillərin Suriyanın Biniyas limanına çatdırılması nəzərdə tutulub. Digər təfərrüatlar açıqlanmır.

Bundan əlavə, "The Financial Times" nəşri İraq dövlət neft şirkətinə istinadən xəbər verib ki, Suriyadan quru yolla Aralıq dənizinə və Avropaya gündəlik 50 min barel neft ekvivalentinin daşınmasına dair müqavilə imzalanıb. Nazirlikdən qeyd olunub ki, bu həcmləri tədricən artırmağa ümid edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Neft  


Bizi "telegram"da izləyin