ABŞ və İsrailin əməliyyatı zamanı SEPAH-ın generalı məhv edilib

2026/03/1774712585.jpg
Oxunub: 646     15:44     02 Aprel 2026    
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Fatehin” xüsusi təyinatlı bölməsinin komandanı general Məhəmməd Əli Fəthəlizadə məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, o, 2026-cı il aprelin 1-də məhv edilib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bu əməliyyat nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və bir sıra yüksək rütbəli şəxslər həlak olub. Cavab olaraq İran İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki (Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kipr) obyektlərə zərbələr endirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin