İsrail ordusu "Hizbullah"ın 40-dan çox üzvünü zərərsizləşdirib

2026/03/1773938951.jpg
Oxunub: 428     15:02     02 Aprel 2026    
Gün ərzində İsrail ordusunun Livanda "Hizbullah" qruplaşmasına məxsus onlarla obyektə endirdiyi zərbələr nəticəsində qruplaşmanın 40-dan çox üzvü öldürülüb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF bildirir ki, eyni zamanda İsrail hərbi dəniz qüvvələri Livanın cənubunda "Hizbullah"a aid silah-sursat anbarlarına zərbələr endirib və həmin bölgədə quru əməliyyatları da paralel olaraq davam edir.

Məlumata görə, 91-ci “Qaliley” regional diviziyasının hərbçiləri "Hizbullah" üzvlərindən ibarət bir qrupu aşkar edərək onların zərərsizləşdirilməsi üçün tədbirlər görüblər. Həmçinin, 36-cı diviziya motosikletlə hərəkət edən üç silahlı şəxsi hədəfə alaraq zərbə endirib və əməliyyatlar zamanı təxminən daha 10 silahlı şəxs öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin