Lukaşenko müharibəyə hazırlaşır

2026/03/1773423621.jpg
Oxunub: 457     15:01     02 Aprel 2026    
“Sülh dövrü ümumiyyətlə ola bilməz. Biz müharibəyə hazırlaşırıq”.

Ordu.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz silahlı qüvvələri bunun üçün yaratmışıq, onları bunun üçün saxlayırıq, xalq da bizi və sizi saxlamaq üçün vəsait ayırır. Bu zalda olan insanlar (və təkcə burada deyil) başa düşməlidir ki, biz müharibəyə qəti şəkildə qarşıyıq. Xüsusilə bizim zabitlərimiz, əsgərlərimiz, Silahlı Qüvvələrimiz. Çünki biz müharibənin nə olduğunu bilirik. Biz müharibə istəmirik, lakin ordu məhz bunun üçün nəzərdə tutulub. Əgər birdən kimsə bizimlə silahın nişangahı vasitəsilə danışmaq istəsə, biz cavab verəcəyik. Biz də məhz buna hazırlaşırıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin