İranlı hakerlər İsrailin HHM idarəetmə sistemini sındırdıqlarını iddia edirlər

2022/12/1670824078.jpg
Oxunub: 407     14:58     02 Aprel 2026    
İranın “Xandala” haker qrupu bildirib ki, qabaqcıl kiberhücum nəticəsində “PSK WIND Technologies” şirkətinin şəbəkələrinə daxil olub və serverlərdə yerləşən bütün həssas məlumatları tam şəkildə ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “ParsToday” məlumat yayıb.

Bu şirkət İsrailin hava hücumundan müdafiə sistemlərinin komanda-idarəetmə inteqrasiya həllərinin əsas разработчик və icraçısı hesab olunur.

“PSK WIND Technologies” şirkəti həmin rejimin komanda-idarəetmə sistemlərinin, rabitə sistemlərinin və müdafiə üzrə kritik infrastrukturun əsas mərkəzi kimi tanınır. İndi komanda-idarəetmə mərkəzləri və rabitə sistemlərinə dair bütün məxfi məlumatlar, eləcə də şirkətin məxfi sənədləri əldə olunub və birbaşa müqavimət oxunun raket bölmələrinə ötürülüb”, - deyə qrup üzvləri bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin