Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir ki, bu da dağıntılara və insan itkilərinə səbəb olub. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ-nin hücumları zamanı İranın dini lideri Əli Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.
2026-cı il martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə hücum əməliyyatının başladığını elan edib və Livanın cənubuna daxil olub.
2026-cı il martın 23-də ABŞ prezidenti Donald Trump İranla həftə ərzində danışıqlar aparılacağını bildirib və əlavə edib ki, hərbi zərbələr 5 gün müddətinə təxirə salınıb. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az