Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi bildirib.
O, həmçinin qeyd edib: “Strateji raket istehsalı mərkəzlərimizi, uzaqmənzilli zərbə pilotsuz uçuş aparatlarımızı, hava hücumundan müdafiə sistemlərimizi və radioelektron mübarizə vasitələrimizi məhv etdiyinizi düşünməyin. Bu cür fikirlər yalnız vəziyyətinizi daha da ağırlaşdıracaq”.
“Bizim strateji istehsal obyektlərimiz elə yerlərdə yerləşir ki, siz onların haqqında heç nə bilmirsiniz və heç vaxt da çata bilməyəcəksiniz.
Siz xalqımıza qarşı başladığınız aqressiyaya görə cavab verməlisiniz. Müharibə o vaxta qədər davam edəcək ki, siz tam məğlubiyyətə uğrayasınız, peşman olasınız və təslim olasınız”, - deyə bəyanatda bildirilir.
Sevinc Əliyeva
Ordu.az