İran gecədən etibarən İsraili dörd dəfə raket atəşinə tutub

2025/10/1761110579.jpg
Oxunub: 530     11:16     02 Aprel 2026    
İran gecədən etibarən İsraili dörd dəfə raket atəşinə tutub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri hədəflər istiqamətində fəaliyyət göstərib.

“Tasnim”in məlumatına görə, son hücum İsrailin şimalında yerləşən Hayfa və Qalileya istiqamətində həyata keçirilib.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir, bu isə dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ-nin hücumu zamanı İranın ali dini lideri ayətullah Əli Seyid Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.

Martın 2-də İsrailə qarşı müharibəyə “Hizbullah” hərəkatı da qoşulub. İsrail hərəkat əleyhinə hücum əməliyyatının başlandığını elan edib və Livanın cənubuna daxil olub.

Martın 23-də ABŞ prezidenti Donald Tramp İranla həftə ərzində danışıqlar aparılacağını bəyan edərək hərbi zərbələrin 5 gün təxirə salındığını bildirib. Eyni zamanda İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin