ABŞ səfirliyi vətəndaşlarını xəbərdar edib - Bağdada hücumlar gözlənilir

2026/03/1774075296.jpg
Oxunub: 361     10:33     02 Aprel 2026    
ABŞ-nin İraqdakı səfirliyi Bağdadda növbəti 24–48 saat ərzində döyüşçülər tərəfindən hücumların gözlənilməsi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bəyanatda potensial hədəflər kimi “ABŞ vətəndaşları, şirkətlər, universitetlər, diplomatik obyektlər, enerji infrastrukturu, hotellər, hava limanları və ABŞ ilə əlaqəli hesab edilən digər məkanlar, eləcə də İraq institutları və mülki hədəflər” göstərilib.

Səfirlik qeyd edib ki, iki gün əvvəl Bağdadda amerikalı jurnalistin oğurlanması ilə bağlı məlumatlardan sonra esktrimistlər amerikalıları hədəfə alıblar.

“ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər”, – deyə səfirlik xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bağdad  


Bizi "telegram"da izləyin