Ordu.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti yazır.
Qəzetin məlumatına görə, Avropada ABŞ prezidenti Donald Trampın sərt siyasət kursundan narazılıq fonunda müstəqil xarici siyasət yürütmək istəyi artır. Buna Vaşinqton və Təl-Əviv tərəfindən İrana qarşı başlanmış müharibə də təsir edib və bu, bir çox Avropa liderlərinin narazılığına səbəb olub.
Qəzet qeyd edir ki, İtaliyanın baş naziri Corcia Meloni ABŞ-nin Sitsiliyadakı hərbi bazadan Amerika təyyarələrinin istifadə etməsi ilə bağlı müraciətini rədd edib. Daha əvvəl İspaniya da oxşar məhdudiyyətlər tətbiq etmişdi. Bundan əlavə, Fransanın prezidenti Emmanuel Makron Yaxın Şərqə silah daşıyan Amerika təyyarələri üçün ölkənin hava məkanını bağlayıb.
Nəşr vurğulayır ki, bu cür addımlara Vaşinqtonun reaksiyası ABŞ hakimiyyətinə qarşı artan narazılığın göstəricisidir. Belə ki, ABŞ dövlət katibi Marko Rubio artıq NATO-nun effektivliyini şübhə altına alır və Amerika hakimiyyəti alyansın xarici siyasətdə rolunun yenidən nəzərdən keçirilməsini mümkün sayır.
Sevinc Əliyeva
Ordu.az