Ordu.az xəbər verir ki, bu barədə “Atlantic” nəşri məlumatlı mənbələrə istinadən yazır.
Pentaqonun rəhbəri Pit Heqset çərşənbə axşamı bildirib ki, ABŞ İran əleyhinə hərbi əməliyyatları davam etdirmək üçün heç bir variantı, o cümlədən quru əməliyyatını istisna etmir.
Nəşr yazır ki, hərbi rəsmilər İranda iki quru əməliyyatı planlaşdırır: biri ölkənin enerji sənayesinin mərkəzi olan Xarq adasında, digəri isə zənginləşdirilmiş uranı ələ keçirmək üçün... Onlara sadəcə prezident Trampın icazəsi lazımdır.
Mənbələrin sözlərinə görə, heç bir əməliyyat bir neçə həftə ərzində hərbi münaqişənin başa çatmasına zəmanət vermir.
Nəşrin mənbələri bildiriblər ki, ABŞ prezidenti Donald Tramp hələlik bu variantlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyinə qərar verməyib və sonda onları rədd edə bilər.
Nəşr qeyd edir ki, bəzi hərbi rəsmilər qeyri-rəsmi söhbətlərdə ABŞ hərbçilərinə yönələn risklərə və bu cür əməliyyatların münaqişəni bitirə biləcəyinə dair şübhələrə görə administrasiyanın daha ehtiyatlı davranacağına ümid edir.
Sevinc Əliyeva
Ordu.az