İran prezidenti amerikalılara nə deyib? - Pezeşkianın məktubunun əsas məqamları

2026/02/1771353524.jpg
Oxunub: 400     09:51     02 Aprel 2026    
İran prezidenti Məsud Pezeşkian Amerika xalqına müraciətlə çıxış edib.

Ordu.az xəbər verir ki, fevralın sonundan etibarən İran İslam Respublikasına qarşı ABŞ və İsrailin genişmiqyaslı hərbi kampaniyası fonunda siyasətçi amerikalılara məktub ünvanlayıb.

Məktubun əsas məqamları bunlardır:

İran xalqı digər xalqlara, o cümlədən Amerika, Avropa və qonşu ölkələrin xalqlarına qarşı düşmənçilik bəsləmir.

İranın hərəkətləri qanuni özünümüdafiəyə əsaslanan ölçülmüş cavabdır və müharibənin və ya aqressiyanın başlanğıcı deyil.

ABŞ-nin İran infrastrukturuna hücumları İran xalqına qarşı yönəlib və hərbi cinayət hesab olunur.

ABŞ İsrailin “kuklası” kimi İranla müharibəyə qoşulub və bununla da fələstinlilərə qarşı törədilən cinayətlərdən diqqəti yayındırmağa çalışır.

İranla ABŞ arasında qarşıdurmanı davam etdirməyin mənası yoxdur, qarşıdurma ilə əməkdaşlıq arasında seçim realdır və gələcək nəsillərin taleyini müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ  


Bizi "telegram"da izləyin