Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.
Bəyanata əsasən, yeddi il müddətinə nəzərdə tutulmuş müqavilə PAC-3 MSE komponentlərinin istehsalını elə həcmdə təmin etməyə yönəlib ki, bu da həmin raketlərin istehsalını üç dəfə artırmaq məqsədinə nail olmağa imkan versin.
Pentaqon “Patriot” önləyici raketlərinin istehsalını üç dəfə artırmaq niyyətini mart ayının əvvəlində açıqlamışdı. ABŞ hazırda İran əleyhinə həyata keçirilən əməliyyatlar zamanı önləyici və digər raketlərdən fəal şəkildə istifadə edir.
Sevinc Əliyeva
Ordu.az