ABŞ təyyarələrinin İranda həyata keçirdiyi döyüş uçuşlarının sayı 12 mini ötüb

2026/03/1774541973.jpg
Oxunub: 386     09:15     02 Aprel 2026    
Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından etibarən ABŞ təyyarələri artıq İran hədəflərinə qarşı 12 mindən çox döyüş uçuşu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Hərbi Hava Müşahidə Alyansının (MATA) məlumatına əsasən, hazırda Yaxın Şərqdə ABŞ-nin taktiki aviasiyası 250-dən çox döyüş təyyarəsinə malikdir. Bu təyyarələrin ən böyük cəmləşməsi İordaniyadakı Muvafaq Salti aviabazasında qeydə alınıb. Burada F-35A, F-15E, F-16 və A-10 hücum təyyarələri daxil olmaqla çoxsaylı eskadrilyalar yerləşdirilib.

ABŞ döyüş təyyarələri İsraildəki Ouda aviabazasında və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında, həmçinin Ərəb dənizində döyüş tapşırıqları yerinə yetirən USS “Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində də yerləşdirilib.

Bundan əlavə, Böyük Britaniyada yerləşdirilmiş 23 ABŞ ağır bombardmançı təyyarəsi var. Onların arasında 15 ədəd B-1B “Lancer” və 8 ədəd B-52H “Stratofortress” mövcuddur.

Bu strateji bombardmançılar hər gün İran hədəflərinə zərbələr endirir. Hər bir təyyarə 24 ədəd, hər biri 900 kiloqram çəkidə olan JDAM tipli idarəolunan bombalar və ya təxminən 300 km məsafəyə malik 12 ədəd JASSM qanadlı raket daşıya bilir. Bu sursatlar əsasən İranın ən mühüm hədəflərinə, o cümlədən ballistik raketlərin yerləşdirilməsi, saxlanılması və istehsalı obyektlərinə qarşı istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin