İran BƏƏ-də, Küveytdə, Bəhreyndə ABŞ obyektlərinə və İsrail hədəflərinə zərbələr endirib

2026/04/Ekran-1775066739.jpg
Oxunub: 467     09:12     02 Aprel 2026    
89-cu əməliyyat çərçivəsində İran ordusu BƏƏ-də, Küveytdə və Bəhreyndə yerləşən ABŞ obyektlərinə, eləcə də İsraildə bir sıra hədəflərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığının nümayəndəsi İbrahim Zülfaqari bildirib.

Onun sözlərinə görə, Ben Qurion hava limanında ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarələrə, həmçinin BƏƏ-də ABŞ-nin radar sistemlərinə zərbələr endirilib.

“Əməliyyatın 89-cu dalğası zamanı... Eylat, Təl-Əviv və Bney Brak ərazilərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Bəhreyndə yerləşən ABŞ hərbi bazasına zərbə nəticəsində təxminən 80 nəfər zərər çəkib, onların əksəriyyəti həlak olub və yaralanıb”, - deyə Zülfaqari bildirib.

Bundan əlavə, Zülfaqari qeyd edib ki, İran qüvvələri Küveytdəki “Əl-Ədiri” aviabazasında ABŞ ordusunun helikopter qrupuna hücum edib, bir helikopteri məhv edib, bir neçəsinə ciddi ziyan vurub, həmçinin BƏƏ-nin sularında və adalarında yerləşən ABŞ-nin iki erkən xəbərdarlıq radarını sıradan çıxarıb.

“Bu gün səhər tezdən İran ordusu kamikadze pilotsuz uçuş aparatlarından istifadə edərək Ben Qurion hava limanında yerləşən ABŞ yanacaq dolduran təyyarələrinin cəmləşdiyi əraziyə, həmçinin raket və pilotsuz uçuş aparatlarının aşkarlanması və qarşısının alınması üçün nəzərdə tutulan radar stansiyasına hücum edib”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin