İsmail Bəqayi: "Vaşinqtonun Tehrana qarşı tələbləri ədalətsizdir"

2025/07/1753692734.jpg
Oxunub: 345     02:10     02 Aprel 2026    
ABŞ administrasiyasının İran hakimiyyətinə mövcud qarşıdurmanın mümkün həlli üçün irəli sürdüyü tələblər ədalətsizdir.

Ordu.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

O, qeyd edib ki, bu tələblər heç bir güzəştə imkan vermir

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqayi   İran  


Bizi "telegram"da izləyin