Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Xatəm əl-Ənbia” Mərkəzi Komandanlığının nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, Ben Qurion hava limanında ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarələrə və BƏƏ-də yerləşən ABŞ radar sistemlərinə zərbə vurulub.
O bildirib ki, əməliyyatın 89-cu dalğası zamanı Eylat, Təl-Əviv və Bney-Brak ərazilərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Bəhreyndə ABŞ hərbi bazasına da zərbə vurulub, nəticədə təxminən 80 nəfər zərər çəkib, onların əksəriyyəti həlak olub və yaralanıb.
Bundan əlavə, Zülfüqari qeyd edib ki, İran qüvvələri Küveytin “Əl-Ədiri” aviabazasında ABŞ ordusuna məxsus helikopterlər qrupuna hücum edib, bir helikopteri məhv edib, bir neçəsinə ciddi ziyan vurub, həmçinin BƏƏ-yə məxsus sularda və adalarda yerləşdirilmiş ABŞ-yə aid iki erkən xəbərdarlıq radarını sıradan çıxarıb.
O əlavə edib ki, bu gün səhər tezdən İran ordusu zərbə dronlarından istifadə edərək Ben Qurion hava limanında yerləşən ABŞ yanacaq doldurma təyyarələrinin cəmləşdiyi məntəqəyə, eləcə də raket və pilotsuz aparatların aşkarlanması və qarşısının alınması üçün nəzərdə tutulmuş radar stansiyasına hücum edib.
Sevinc Əliyeva
Ordu.az