"Quantum-Systems" şirkəti ilk dəfə Ukraynaya taktiki PUA-lar göndərəcək

2026/03/1774157271.jpg
Oxunub: 482     23:48     01 Aprel 2026    
Almaniyanın "Quantum-Systems" şirkəti Ukraynaya taktiki "Linza" PUA-ların ilk partiyasının göndəriləcəyini açıqlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Quantum Frontline Industries" Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək PUA-ların ilk partiyasının istehsalını başa çatdırıb. Bu tədarük Almaniya-Ukrayna birgə istehsal modeli çərçivəsində istehsalın qurulması mərhələsindən davamlı seriyalı istehsala keçidi qeyd edir", - açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkət bir il ərzində tədarük tutumunu artırmağı və sürətləndirməyi hədəfləyir.

"Frontline Robotics" tərəfindən hazırlanaraq döyüş sınaqlarından keçirilmiş "Linza" sistemləri "Build with Ukraine" təşəbbüsünün bir hissəsi olaraq istehsal edilir

"Quantum-Systems" 2015-ci ildə Münhendə təsis edilib. Şirkət hərbi və mülki tətbiqlər üçün kəşfiyyat və müşahidə dronlarının istehsalında ixtisaslaşıb. Şirkətin məlumatına görə, onun bazar kapitallaşması 2025-ci ildə 3 milyard avronu keçib. Şirkət Almaniya, Avstraliya, ABŞ və Ukraynada istehsal müəssisələri yaradıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quantum-Systems   PUA  


Bizi "telegram"da izləyin