“Mehr”: ABŞ və İsrail Kaşanda İran hava limanına zərbə endirib

2026/03/1774766286.jpg
Oxunub: 529     23:17     01 Aprel 2026    
ABŞ və İsrail Kaşan şəhərində yerləşən İran hava limanına zərbə endirib, nəticədə onun bir neçə hissəsi zədələnib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr News Agency” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Bu gün axşam saatlarında Kaşan mülki hava limanı ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb. Hücum zamanı onun bir neçə hissəsi zədələnib”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, çərşənbə günü ərzində ABŞ və İsrail İranın digər bir sıra şəhərlərinə, o cümlədən İsfahan, Şəhr-e Rza, Aran, Beydgöl və Nəcəfabada da zərbələr endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin