Ordu.az xəbər verir ki, bu barədə UNCTAD-ın hesabatına əlavə olunmuş mətbuat açıqlamasında bildirilir.
Təşkilatın ekspertlərinin fikrincə, İran ətrafındakı münaqişə “artıq yüksək olan qlobal geosiyasi riskləri daha da artırır və təsirlərini enerji bazarlarından kənara çıxarır”.
Qeyd olunur ki, qlobal iqtisadiyyata təzyiq nəqliyyat xərclərinin və sığorta ödənişlərinin artması səbəbindən güclənir։ “Münaqişənin eskalasiyası həmçinin gizli zəiflikləri, o cümlədən zəif iqtisadi artım, artan bərabərsizlik və yaşayış xərclərinin yüksəlməsini üzə çıxarır”, - deyə UNCTAD iqtisadçıları izah ediblər.
“Əgər vəziyyət davam edərsə, ticarət və maliyyə bazarlarında pozuntular dərinləşə və zəncirvari təsirlərlə daha geniş böhran riskini artıra bilər”, - deyə ekspertlər əlavə ediblər.
Sevinc Əliyeva
Ordu.az