FT: İran Bəhreyndə yerləşən AWS məlumat mərkəzinə zərbə endirib

2026/04/1775068849.jpg
Oxunub: 444     22:37     01 Aprel 2026    
İran Bəhreyndə yerləşən “Amazon Web Services” (AWS) məlumat mərkəzinə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.

Hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ şirkətlərinə zərbələr endirəcəyi barədə hədəsindən bir gün sonra baş verib. “Amazon” konkret insidentlə bağlı şərh verməkdən imtina edib.

Qəzet vurğulayır ki, regionda fəaliyyət göstərən bulud xidmətləri obyektləri bu münaqişə zamanı dəfələrlə hədəfə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəhreyn  


Bizi "telegram"da izləyin