Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
“Əldə olunan və müsadirə edilən yüklərə “Amerika-sionist” şirkətləri tərəfindən istehsal olunmuş 45 casus rabitə qurğusu daxildir. Qərbi Azərbaycan vilayətinin baş kəşfiyyat idarəsi onları İranın şimal-qərb sərhədlərindən ölkəyə gətirmək cəhdi zamanı aşkarlayıb və müsadirə edib”, - deyə İranın dövlət televiziya kanalının açıqlamasında qeyd olunub.
Bildirilib ki, eyni vilayətdə İran hərbi bölmələrinin koordinatlarını ötürən səkkiz nəfər, həmçinin ABŞ və İsrail maraqları naminə fəaliyyət göstərən bir agent də saxlanılıb.
Sevinc Əliyeva
Ordu.az