“Bloomberg”: Neft qiymətləri ilin sonuna qədər yüksək qalarsa, Rusiya əlavə 40 milyard dollar qazana bilər

2026/03/17737-1774934867.jpg
Oxunub: 417     22:32     01 Aprel 2026    
Neft ixracı ilin sonuna qədər qiymətlərin yüksək qalacağı təqdirdə Rusiyaya əlavə 40 milyard dollar qazandıra bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” bir neçə Avropa hökumətinin apardığı təhlilə istinadən yazır.

Agentlik qeyd edir ki, Hormuz boğazının bağlanması fonunda “Urals” markalı neftin qiyməti əhəmiyyətli dərəcədə artıb.

Bununla belə, Moskvanın gəlirləri yalnız neft satışı ilə məhdudlaşmır. Buraya qaz, taxıl, alüminium və gübrələr də daxildir ki, bunlar da Hormuz boğazı vasitəsilə daşınır. İranda müharibə başlayandan bəri alüminiumun qiyməti 12% artaraq son dörd ilin ən yüksək səviyyəsinə yaxınlaşıb, karbamid isə demək olar ki, 75% bahalaşıb.

Ekspertlərin fikrincə, azot və fosfatın qlobal bazarlarında Rusiya tədarüklərinin rolu getdikcə artır. Bundan əlavə, Qərb alıcıları da rus metalları ilə maraqlanmağa başlayıblar.

Rusiya həmçinin Asiya və Avropa mayeləşdirilmiş təbii qaz alıcıları arasında rəqabətin güclənməsindən fayda əldə edə bilər.

Neft qiymətlərinin artması Rusiyanın müharibəni maliyyələşdirməsini asanlaşdırır, halbuki ötən həftə Ukraynanın Baltik liman infrastrukturlarına endirdiyi zərbələr səbəbindən Moskva təxminən 1 milyard dollar əlavə gəlir itirə bilərdi.

Rusiyadan fərqli olaraq, Yaxın Şərqdə müharibə dünyanın qalan hissəsi üçün iqtisadi sarsıntı riski yaradır. Enerji idxalından asılı ölkələr daha çox zərər görəcək.

Qeyd olunur ki, Rusiyanın Yaxın Şərq müharibəsindən əldə etdiyi əlavə gəlirlər yalnız neftlə məhdudlaşmır.

Alüminium qiymətləri dörd ilin maksimumuna çatıb, rusiyanın “Rusal” şirkəti artıq ABŞ və Avropadan mövcud istehsal gücləri ilə bağlı sorğular almağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neft   Rusiya  


Bizi "telegram"da izləyin