İran XİN ABŞ və İsrailin İran məktəblərinə zərbələrini soyqırımı adlandırıb

2025/06/1751271322.jpg
Oxunub: 451     20:55     01 Aprel 2026    
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ və İsrailin İranın təhsil müəssisələrinə endirdiyi zərbələri soyqırımı kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Son 33 gün ərzində təcavüzkarlar qəsdən 600-dən çox məktəbə və təhsil müəssisəsinə, o cümlədən Minab məktəbinə və Lamerd idman zalına hücum ediblər. Bu vəhşilikləri təsvir etmək üçün “hərbi cinayət” termini tamamilə yersizdir. ABŞ və İsrail rəsmilərinin iranlılara (bir millət kimi) qarşı açıq düşmən ritorikasını nəzərə alsaq, bu cinayətlər soyqırımına bərabərdir”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin