Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “Qarabağdan köç etmiş şəxslərin sosial-iqtisadi inteqrasiyası prosesi” mövzusunda keçirilən müzakirə zamanı bildirib.
Erməni nazir qeyd edib ki, hazırda təxminən 1000 müraciət, yəni fərman layihələri Ermənistan prezidentinin aparatında baxılmaqdadır.
“Yaxın günlərdə daha 1000 nəfərlə bağlı qərar veriləcək və biz bu prosesi sürətləndirə biləcəyik”, - deyə o bildirib.
Ermənistanın daxili işlər naziri həmçinin bəyan edib ki, bu müddət ərzində imtina halları qeydə alınmayıb, bu da Ermənistan hökumətinin inteqrasiya prosesini sürətlə həyata keçirmək niyyətini göstərir.
“Bizdə 28 min azyaşlı köç etmiş şəxs olub, onlardan artıq təxminən 12 mini valideynlərinin vətəndaşlıq alması nəzərə alınmaqla pasportlaşdırma yolu ilə Ermənistan vətəndaşlığı əldə edib”, - deyə erməni nazir vurğulayıb.
Alpər Mövludoğlua
Ordu.az