Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.
"Biz təklif etmişik. Hazırda konkret bir mal var (hansı ki, Ermənistandan Azərbaycana tədarük oluna bilər - red.) ki, onunla bağlı hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır", - nazir qeyd edib.
Bununla belə, Papoyan söhbətin məhz hansı maldan getdiyini dəqiqləşdirməyib.
Ordu.az