Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının iclasında bildirib.
O, İran ətrafında hərbi hadisələrin qısamüddətli olacağına ümid etdiyini və yalnız bu halda iqtisadi zərərlərin minimal olacağını qeyd edib.
Erməni nazir bildirib ki, zərərlər artıq mövcuddur və bəzi məhsulların qiymətlərinin artması inflyasiya risklərinin yarandığını göstərir.
O əlavə edib ki, bəzi məhsulların istehsalı üçün Ermənistan xammalı İrandan alır və bu da əlavə inflyasiya riskləri yarada bilər.
Papoyan xatırladıb ki, İranla idxal və ixrac olmaqla kifayət qədər böyük ticarət dövriyyəsi mövcuddur, münaqişənin uzanmasının iqtisadiyyata uzunmüddətli mənfi təsir göstərə biləcəyi aydındır.
O əlavə edib ki, yüksək səviyyəli siyasi bəyanatlara əsasən münaqişənin yaxın zamanda başa çatacağına ümid var və bu halda böyük mənfi gözləntilərin qalmayacağı düşünülür.
Alpər Mövludoğlu
Ordu.az