Ordu.az xəbər verir ki, bu barədə Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian “France Info” radiosuna verdiyi müsahibədə bildirib.
O vurğulayıb ki, böhranın həlli yalnız danışıqlar yolu ilə mümkündür. “İsrail uzun müddət Livanı işğal altında saxlayıb və “Hizbullah”ın hərbi potensialını məhv edə bilməyib. Buna görə də onlar indi Livan hökumətindən bu işi üç gün ərzində, özü də zərbələr altında yerinə yetirməsini tələb edə bilməzlər”, - deyə Jan-İv Le Drian qeyd edib.
Sevinc Əliyeva
Ordu.az