Ordu.az xəbər verir ki, o, bu barədə “News.am”a verdiyi müsahibəsində danışıb.
Bolton bildirib ki, İranın ərazi bütövlüyü qorunmalıdır.
Onun sözlərinə görə, İranda çoxsaylı etnik qruplar mövcuddur və onlar mövcud rejimdən narazıdır.
Bolton qeyd edib ki, bu qruplar yardım istədiyi halda onlara dəstək göstərilə bilər.
Bolton vurğulayıb ki, ayətullahların hakimiyyətdən getməsindən sonra İranın bütün ərazisinə nəzarət edə biləcək və ölkənin ərazi bütövlüyünü qoruyacaq bir hakimiyyət formalaşdırılmalıdır.
Sevinc Əliyeva
Ordu.az