Köç karvanları Ağdərəyə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

2026/02/sdf8s-1772168437.jpg
Oxunub: 680     15:39     17 Mart 2026    
Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Ordu.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailənin (29 nəfər) qayıdışı təmin olunub.

***

Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yola salınan növbəti köç karvanları rayon mərkəzinə çatıb.

Ordu.az xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailə (29 nəfər) köçürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdərə   Köç  


Bizi "telegram"da izləyin