Ermənistan BMT-də Ukrayna ilə bağlı qətnamədə bitərəf qalıb

2026/02/1771960928.jpg
Oxunub: 474     23:18     24 Fevral 2026    
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası “Ukraynada uzunmüddətli sülhə dəstək” adlı qətnaməni qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qətnamə dərhal atəşin dayandırılmasına çağırır, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, BMT Baş Assambleyasında Kiyevin anti-Rusiya qətnaməsinə 12 ölkə əleyhinə səs verib, daha 51 ölkə isə bitərəf qalıb. Onların arasında Ermənistan da var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin