Az əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin Polis Xidmətinin Ciinayət Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini Vardan Vardanyan, Patrul Xidmətinin rəisi, polis rəisinin müavini Artur Xudinyan, eləcə də İcma Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini Karen Hakobyan vəzifələrindən azad ediliblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İşxanutyun” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Ermənistan DİN Polis Xidmətinin rəhbərliyindəki vəzifə dəyişiklikləri Ermənistanda son günlər baş verən səs-küylü qətllərlə əlaqələndirilir.
“Bu göstərişi şəxsən Nikol Paşinyan verib. Məlumatı DİN-dən dəqiqləşdirməyə çalışsaq da, mətbuat katibi Narek Sarkisyan zənglərə cavab vermədi”, - deyə KİV yazıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
DİN
Polis