Erməni siyasi xadim: “Karapetyan Baş nazir seçiləcəyi təqdirdə Rusiya və Kipr vətəndaşlığından imtina etməyə hazırdır”

2026/02/1771950416.jpg
Oxunub: 403     20:24     24 Fevral 2026    
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Baş nazir seçiləcəyi təqdirdə Rusiya və Kipr vətəndaşlığından imtina etməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Azadlıq” radiosuna müsahibəsində “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan bildirib.

“Proseslər baş nazirliyə gətirib çıxardığı zaman o, yalnız Ermənistan vətəndaşı olacaq. Proseslərə həmişə daha tez başlamaq lazımdır, çünki burada texniki məsələlər, ölkələr arasında bürokratik prosedurlar mövcuddur”, - deyə Narek Karapetyan qeyd edib.

“Gözləməyəcəksiniz?” sualına cavab olaraq Narek Karapetyan bildirib ki, proseslərə vaxtında çatdırmaq üçün erkən başlamaq lazımdır.

“Düzgün vaxt nə zamandır?” sualına isə Karapetyan belə cavab verib: “Düzgün vaxt Samvel Karapetyanı ölkəmizin Baş naziri kimi ictimaiyyətimizə təqdim edəcəyimiz zamandır”.

“Əgər partiya parlamentdə çoxluq qazanmasa, Samvel Karapetyan vətəndaşlıqdan imtina etməyəcək?” sualına Narek Karapetyan belə cavab verib: “Biz hesab edirik ki, cəmiyyətimizin inkişafı üçün alternativ yoxdur və ictimaiyyətin əksəriyyətinin dəstəyini almalıyıq. Məsələ uğur halında deyil, zamandadır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin