Ermənistanda torpaqlar artıq mülkiyyət hüququ ilə Erməni Apostol Kilsəsinə verilməyəcək

2025/12/1764825353.jpg
Oxunub: 385     17:40     10 Fevral 2026    
“Bələdiyyə və dövlət torpaqları Üçmüədzin kilsəsinə kilsələrin tikintisi və saxlanılması üçün artıq mülkiyyət hüququ ilə deyil, yalnız ödənişsiz istifadə hüququ əsasında veriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Asatur Vardanyan bildirib.

Onun sözlərinə görə, qanun qəbul edilənədək yaranmış hüquq münasibətlərinə şamil olunmur. Vardanyan qeyd edib ki, indiyədək kilsəyə verilmiş bəzi torpaq sahələri təyinatı üzrə istifadə olunmayıb və məhz buna görə qanunvericilikdə dəyişikliklərə ehtiyac yaranıb. “Məsələn, Vanadzorda mülkiyyət hüququ ilə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi hal qeydə alınıb”, - deyə erməni rəsmi şəxs bildirib.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan xatırladıb ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların 50 faizi təyinatı üzrə istifadə olunmur, lakin hakimiyyət nədənsə bu məsələ ilə maraqlanmır. “Yoxsa bu, kilsəyə qarşı növbəti kampaniyanın təzahürüdür?”, - deyə o sual verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin