Ermənistan prezidenti Aİ missiyasının rəhbəri ilə görüşüb

2026/02/1770729319.jpg
Oxunub: 333     17:14     10 Fevral 2026    
Ermənistan prezidenti Vahaqn Xaçatryan Avropa İttifaqının missiyasının rəhbəri Markus Ritterlə səlahiyyət müddətinin başa çatması münasibətilə vida görüşü keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı Aİ missiyasının Ermənistan üçün mürəkkəb dövrdə, regionda sülhün bərqərar olunmasına yönəlmiş səylər çərçivəsində mühüm rolu xüsusi qeyd olunub.

“Tərəflər regionda artıq davam edən sülh prosesinin müsbət nəticə ilə başa çatdırılmasının vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin