Paşinyan NVIDIA-nın vitse-prezidenti ilə görüşüb

2026/02/1770729150.jpg
Oxunub: 374     17:11     10 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparatı məlumat yayıb.

Bildirilib ki, tərəflər “Firebird” şirkəti tərəfindən Ermənistanda süni zəka zavodu və məlumat mərkəzinin tikintisi layihəsinin icra vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

“Rev Lebaredyan qeyd edib ki, mərkəzin tikinti işləri davam edir. Bu çərçivədə tərəflər NVIDIA tərəfindən istehsal olunan yüksək məhsuldarlıqlı çiplərin növbəti partiyasının ixracına icazələrin verilməsinin vacibliyini vurğulayıblar.

Nikol Paşinyan və Rev Lebaredyan həmçinin Ermənistanda texnologiya sahəsinin gələcək inkişafı, dövlət idarəetmə sistemində səmərəliliyin artırılması məqsədilə süni zəkanın tətbiqi ilə bağlı məsələlərə toxunublar. Baş nazir bu istiqamətdə özəl sektorun dəstəyinin zəruri olduğunu qeyd edib.

Rev Lebaredyan eyni zamanda Ermənistanda texnologiya sahəsində təhsil proqramının həyata keçirilməsi layihəsini təqdim edib. Baş nazir Paşinyan ideyanı alqışlayıb və onun reallaşdırılması üçün hökumətin dəstəyini ifadə edib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NVIDIA  


Bizi "telegram"da izləyin