Erməni komitə sədri: “TRIPP halında gömrük xidməti AİB qaydalarına əsasən fəaliyyət göstərəcək, çünki Ermənistan AİB üzvüdür”

2026/02/1770726652.jpg
Oxunub: 363     17:07     10 Fevral 2026    
“Tramp yolu” (Zəngəzur dəhlizi-red.) halında gömrük xidməti fəaliyyət göstərəcək və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğuna görə bu zaman birliyin bütün hüquqi sistemi tətbiq olunacaq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan bildirib.

“Burada yeganə fərq kimi səslənən sözlər “front ofis” və “bek ofis” terminləridir. Bu ifadələr bir çoxunda sual yaradır, lakin bu, xüsusi hal deyil, gömrük xidməti üçün gələcək yanaşmadır”, - deyə o vurğulayıb.

Hakobyan həmçinin qeyd edib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində quru sərhəd keçid məntəqələrindəki bütün rentgen avadanlıqlarını ağıllı şəkildə monitorinq etməyə imkan verən mərkəz yaradılacaq.

“Yəni yük müvafiq rentgendən keçəcək və həmin sistem ya analitik, ya da süni zəka vasitəsilə məlumatları təhlil edərək hansı yüklərin yoxlanmalı olduğunu seçəcək. “Front ofis” və “bek ofis” məntiqi də buna əsaslanır, burada “bek ofis” risklərin idarə olunması sistemidir. Bütün məqsəd bu proses nəticəsində insanlarla birbaşa təmasın getdikcə azalmasıdır”, - deyə erməni komitə sədri əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin