Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu gün “Zvartnots” hava limanında jurnalistlərlə söhbəti zamanı 5 və 4 milyard dollarla bağlı ötəngünkü açıqlamaların səhv tərcümə səbəbindən anlaşılmazlıq yaratmasına münasibət bildirərkən deyib.
“Layihələrdən biri çox böyük məlumat mərkəzidir. Düşünürəm ki, artıq fəaliyyətə başlayıb. Məlumat mərkəzinin Ermənistandakı ümumi investisiya həcmi 4 milyard dollara çata bilər. Bu, ölkədə yaşayan insanlar üçün çoxlu iş yerləri yaradacaq. Yəni bu, klassik qarşılıqlı faydalı razılaşmadır.
Hesab edirəm ki, layihə 4 milyard dollar ola bilər, amma siz artıq Ermənistanda əhəmiyyətli investisiyalar görmüsünüz və bunun davam edəcəyini gözləyirik”, - deyə o bildirib.
Xatırladaq ki, məsələ Vensin Ermənistana 9 milyard dollar investisiya vəd etməsi ilə bağlı yayılan iddialarla əlaqədardır. Halbuki tərcüməçi səhvən “investisiyalar” sözünü işlədib. Vens isə əslində “5 milyard dollara qədər ilkin ABŞ ixracı, əlavə olaraq 4 milyard dollar uzunmüddətli dəstək” ifadəsini işlədib.
Alpər Mövludoğlu
Ordu.az