“Sülh Şurası XXI əsrdə sülhün yaradılması və qorunması üçün yeni bir model olacaq” - Vens

2026/02/1770726897.jpg
Oxunub: 347     16:33     10 Fevral 2026    
“Mən bilirəm ki, orada olacağam. Yəni qrafikim həmişə bir az çılğındır, ona görə də sabah və ya birigün nə edəcəyimi dəqiq bilmirəm, amma əminəm ki, biz orada olacağıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Zvartnots” hava limanında jurnalistlərlə söhbətində ABŞ-nin vitse-prezidenti Cey Di Vens gələn həftə Sülh Şurasının iclasında iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

“Tam aydındır ki, ABŞ prezidenti dünyanın müxtəlif guşələrindən bir qrup lideri qəbul etməyə böyük həvəslə yanaşır. Mən düşünürəm ki, bu Sülh Şurası XXI əsrdə sülhün yaradılması və qorunması üçün həqiqətən yeni bir model olacaq. Birləşmiş Millətlər Təşkilatının nə qədər vacib olmasından asılı olmayaraq, ABŞ prezidentinin də dediyi kimi, BMT çox vaxt, məncə, öz bütün potensialını reallaşdıra bilməyib. Hesab edirəm ki, bu Sülh Şurası vasitəsilə ABŞ prezidenti Yaxın Şərqdə, Qəzzada davamlı sülhün bərqərar olmasına çalışır.

Lakin mən düşünürəm ki, bu təşəbbüs qarşıdakı illərdə bir çox dayanıqlı sülh sazişlərinin bağlanmasına gətirib çıxara biləcək infrastrukturların formalaşmasına da şərait yarada bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Sülh-Şurası  


Bizi "telegram"da izləyin