Ordu.az xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan bildirib.
“Bundan əlavə, İranla sadələşdirilmiş gömrük dəhlizi və ilkin məlumat mübadiləsi sistemləri istiqamətində işlər aparılır və bu sahədə ciddi irəliləyişimiz var. Digər mühüm məsələ İrəvanın xarici iqtisadi fəaliyyət mərkəzinin kredit müqaviləsinin imzalanmasıdır. Həmçinin Amerika Birləşmiş Ştatları ilə genişmiqyaslı əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq çərçivəsində gömrük üçün nəzərdə tutulan ayrı-ayrı avadanlıqlar tədricən alınacaq və müvafiq məntəqə və mərkəzlərimizdə quraşdırılacaq”, - deyə o qeyd edib.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri həmçinin vurğulayıb ki, onlayn kassa aparatları sistemi tətbiq olunacaq və bu, illər ərzində mövcud kassa aparatları sisteminin tam şəkildə onlayn alətlə əvəzlənməsini nəzərdə tutur.
Alpər Mövludoğlu
Ordu.az