Erməni komitə sədri: “ABŞ ilə əməkdaşlıq çərçivəsində monitorinq mərkəzi yaradacağıq və bütün rentgen cihazlarına nəzarət edəcəyik”

2026/02/1770726652.jpg
Oxunub: 350     16:28     10 Fevral 2026    
“Gömrük sahəsində ötən il bildiriş sistemi işə salınıb ki, bu da gömrük proseslərinin böyük hissəsini tam məsafədən təşkil etməyə imkan verir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan bildirib.

“2025-ci ildə çox mühüm və genişmiqyaslı islahatlara başlamışıq. Onlardan biri quru sərhədlər üçün vahid yeni elektron platformadır, digəri isə yaxın zamanda istifadəyə verəcəyimiz “eqzim” informasiya platformasıdır. Bu platforma da öz növbəsində inqilabi əhəmiyyət daşıyır və ictimaiyyət, eləcə də xarici iqtisadi fəaliyyət iştirakçıları nə qədər çox məlumatı rəqəmsallaşdırdığımızı və bunu onlara nə qədər sadə formada təqdim etdiyimizi görəcəklər.

ABŞ ilə əməkdaşlıq çərçivəsində tezliklə monitorinq mərkəzi yaradacağıq. Bu mərkəz quru sərhəd məntəqələrindəki bütün rentgen cihazlarımızı ağıllı şəkildə izləməyə imkan verəcək.

Növbəti addım isə vahid gömrük hesabının tətbiqidir. Bu, gömrük istiqamətində həyata keçirilən ödənişləri bir vahid hesab vasitəsilə etməyə və biznes üçün bununla bağlı bürokratik yükü əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin