Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Daha əvvəl Ermənistan Baş Prokurorluğu məhkəməyə müraciət edərək Sağatelyanın əmlak və gəlirlərinin müsadirə olunmasını tələb etmişdi.
Sağatelyan bildirib ki, ailələri 2016-cı ildən etibarən idarəetmə sahəsində bizneslə məşğuldur. Bu müddət ərzində 600 milyon dramdan artıq vergi ödənilib, aylıq 2,5 milyon dram məbləğində mənfəət isə fonda köçürülüb. Hazırda bu məbləğ təxminən 700 min dollar ekvivalentində dram təşkil edir. Ermənistan Baş Prokurorluğu üçün məhz bu vəsaitin mənşəyi anlaşılmazdır.
“Prokurorluq deyir ki, şirkətin hansı növ investisiyalar həyata keçirdiyi barədə məlumatlar mənə məlum deyil, buna görə də mənbələr görünmür… alınmış mənfəəti qeyri-qanuni hesab edirik. Prokurorluq şirkətin məlumatlarını araşdırmayıb. Şirkət idarəetmə şirkətidir və investisiya qoymayıb. Məlumatları araşdırmadan bu şounu edirlər ki, bu tribundan “baxın, oğrular, talançılar” demək məqsədinə xidmət etsin”, - deyə Sağatelyan qeyd edib.
Sağatelyan bildirib ki, prokurorluğun hansı daşınmaz əmlakı tələb etdiyindən xəbəri yoxdur, onun cəmi bir mənzili və bir avtodayanacaq yeri var.
“Bütün ailənin hesablarını və əmlakını dondurdular. Oğru da sizsiniz, talançı da sizsiniz”, - deyə erməni deputat əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az