ABŞ Ticarət Palatasının vitse-prezidenti nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini açıqlayıb

2026/02/df12s-1770701959.jpg
Oxunub: 364     09:06     10 Fevral 2026    
Missiyamızın əsas məqsədi hər hansı saziş imzalamaq deyil, bazarınızı öyrənmək və onun ehtiyaclarını anlamaqdır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, missiya şirkətlərə Azərbaycan biznesinin fəaliyyəti ilə tanış olmaq, həmçinin mövcud imkanlar və hökumətin planları barədə məlumat almaq imkanı yaratmaq məqsədi daşıyır.

"Qarşılıqlı fəaliyyət ikitərəfli olmalıdır. Məsələn, biz Azərbaycan Prezidenti İlham Əliyevi və nazirləri Vaşinqton və ya Nyu-Yorka səfərləri zamanı Amerika şirkətlərinin nümayəndələri ilə görüşmək üçün qəbul etməyə şad olarıq. Tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə ABŞ-nin müxtəlif regionlarında Azərbaycan hökumətinin və özəl sektorunun nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil etmək niyyətindəyik", - deyə K. Çoksi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin