Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr vurğulayıb ki, mövcud vəziyyətə əsasən, ya hakim cinayət işi üzrə bəzi suallara cavab almayıb və onları dəqiqləşdirmək üçün əlavə iclaslar təyin edir, ya da yekun qərar qəbul etmək məsələsində müəyyən narahatlıqları var.
KİV qeyd edib ki, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyanın cinayət işinə hakim Hraçya Mexakyan baxır.
“O, parlamentin keçmiş deputatı Ruben Hayrapetyanın bacısı oğludur, Armavirin keçmiş meri Ruben Xlğatyanın isə kürəkənidir. Bacısı oğlu və ya tanınmış kürəkən hakim partiya nümayəndələrinin yaxınlarının cinayət işlərinə görə tərəddüd içərisindədir, ya yox, bunu zaman göstərəcək.
Xatırladaq ki, 2025-ci il dekabrın 25-də Armavir vilayət məhkəməsi Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın qardaşı, təqsirləndirilən Mkrtiç Arşaki Mkrtçyan barəsində tətbiq olunan alternativ qətimkan tədbirlərinin birgə formada saxlanılması barədə qərar verib. Qərara əsasən, 2 milyon dram məbləğində girov və ölkəni tərk etmə qadağası dəyişdirilməyib, ev dustaqlığı isə uzadılmayıb və inzibati nəzarət formasında alternativ qətimkan tədbiri ilə əvəzlənib.
“ArmLur.am” daha əvvəl bildirmişdi ki, Ermənistanın ABŞ-dəki səfirinin qardaşına qanunsuz silah saxlama maddəsi ilə ittiham irəli sürülüb. Mkrtiç Mkrtçyan avqustun 4-də saxlanılıb. Ermənistan İstintaq Komitəsindən “ArmLur.am”a verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın, onun əsas hissələrinin, döyüş sursatının və digər maddə, qurğu və əşyaların qanunsuz dövriyyəsi), 393-cü maddəsinin 1-ci hissəsi (narkotik vasitələrin, psixotrop maddələrin, onların preparatlarının və ya analoqlarının satış məqsədilə qanunsuz dövriyyəsi və ya satışı), həmçinin 396-cı maddəsinin 1-ci hissəsi (narkotik vasitələrin, psixotrop maddələrin, onların preparatlarının, analoqlarının və ya prekursorların satış məqsədi olmadan qanunsuz dövriyyəsi) üzrə cinayət işi başlanıb.
Faktiki olaraq istintaq orqanı yalnız Ermənistanın ABŞ-dəki səfirinin qardaşına qanunsuz silah saxlama ilə bağlı təqsirləndirilən şəxs statusu verib, narkotiklərlə bağlı məsələ isə ört-basdır edilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az